Tramp Çin məhsullarına rüsumların azaldılacağını bildirib

A- A A+

ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan mallara 145 faizlik tariflərin həddən artıq yüksək olduğunu söyləyib. O, həmçinin tarifləri azaltmağı və Pekinlə ticarət razılaşması əldə etməyi vəd edib.

NUHÇIXAN xəbər verir ki, Donald Tramp bu barədə Ağ evdə jurnalistlər üçün keçirilən brifinqdə deyib.

“The Hill” qəzetinin məlumatına görə, Tramp Çinlə ticarət razılaşmasına nail olmaq barədə nikbin danışıb. “Sonda onlar razılığa gəlməli olacaqlar, çünki əks halda ABŞ-la bacara bilməyəcəklər”, - deyə prezident bildirib.

Bundan əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent Çinlə ticarət qarşıdurmasının gec-tez yumşaldılacağını və tərəflərin mövcud vəziyyətin uzun müddət davam edəcəyini düşünmədiyini vurğulayıb. Nazir, eyni zamanda, Pekinlə danışıqların hələ ki rəsmən başlamadığını və onun asan olmayacağını qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: