İsraildə isti hava şəraiti fonunda bir neçə rayonda eyni vaxtda meşə yanğınları başlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
"Onlarla briqada, təyyarə və helikopter Mazkeret-Batya və Beyt-Şemeş rayonunda evlərə və dəmir yolu xətlərinə yayılan yanğının söndürülməsi istiqamətində işləyir. Yanğından mühafizə xidmətində ümumi səfərbərlik elan edilib", - məlumatda bildirilib.
Qeyd olunub ki, yanğınlar səbəbindən bir neçə istiqamətdə qatarların hərəkəti dayandırılıb.
Yanğınlar isti hava şəraitinin səbəb olduğu quraqlıq nəticəsində başlayıb. Bəzi yerlərdə havanın temperaturu +34 dərəcəyə çatıb.