İstanbulda baş verən zəlzələdən sonra çağrı mərkəzinə 6 mindən çox müraciət daxil olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Çağrı mərkəzimiz 6 100 müraciət qəbul edib. Bu zənglərin əksəriyyəti məlumat almaq məqsədi ilə edilib", - nazir bildirib.
Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, bu gün saat 12:49-da İstanbul sahillərində Mərmərə dənizi bölgəsində 6,2 maqnitudalı zəlzələ baş verib, ardınca afterşoklar olub.
İstanbulda baş verən zəlzələ nəticəsində 151 nəfər xəsarət alıb.