Avstraliyada "smaylik"li avtomobil nömrələrinin istifadəsinə icazə verilib

A- A A+

Avstraliyanın ştatlarından birində "smaylik"li avtomobil nömrələrinin istifadəsinə icazə verilib.

Bu barədə NUHÇIXAN "Kommersant.tu"ya istinadən xəbər verir.

Bildirilir ki, martın 1-dən Avstraliyanın Kvinslend ştatının sakinləri öz avtomobillərinin nömrə nişanlarına emosiya işarələrini əlavə edə biləcəklər. "Personalised Plates Queensland" (PPQ) dövlət şirkətindən bildirilib ki, köhnə nömrənin dəyişikliyi üçün yenilik ştat sakinlərinə 85 dollara başa gələcək. Yeni qeydiyyat nişanları üçün bu rəqəm475 dollara qədər artacaq.

Yeni avtomobil nömrələrində "smaylik"lərin yalnız beş növünə icazə verilib. Bunlar gülümsəyən, göz vuran, aşiq, gün eynəkləri və gülüşdən kövrələn emosiyalardır. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: