Yapon seysmoloq İstanbulun ən riskli və təhlükəsiz rayonlarını açıqlayıb

A- A A+

Yaponiyadakı evini sataraq İstanbula köçən zəlzələ mütəxəssisi Yoşinori Morivaki Marmara bölgəsində gözlənilən 7,5 bal gücündəki böyük zəlzələ ilə bağlı əhaliyə xəbərdarlıq edib.

NUHÇIXAN xəbər verir ki, 35 ildir bu ölkədə yaşayan Morivaki "GZT Alfa" proqramında İstanbulun yer baxımından təhlükəli və təhlükəsiz ərazilərini açıqlayıb.

Mütəxəssis bildirib ki, bu qədər böyük zəlzələ riski 150 illik enerji yığılması ilə əlaqələndirilir və ehtimal olunan zəlzələnin 7,5 bal gücündə ola biləcəyi düşünülür.

Morivaki qeyd edib ki, zəlzələ anında baş verən panika və qorxu əksər hallarda məlumatsızlıqdan qaynaqlanır. O, məktəblərdə keçirilən zəlzələ təlimlərinin ayda bir dəfə mütləq təkrarlanmalı olduğunu və bunun şagirdlərdə yaddaşda qalması üçün vacib olduğunu vurğulayıb.

Yapon mütəxəssis İstanbulun zəlzələ baxımından daha təhlükəsiz və riskli olan ərazilərini də açıqlayıb. Onun sözlərinə görə, İstanbul Boğazının hər iki tərəfindəki ərazilər və şəhərin şimal hissələri zəmin baxımından daha etibarlıdır.

Lakin zəmini yumşaq olan və sonradan dolğu ilə formalaşmış bölgələr, xüsusilə keçmiş Atatürk Hava Limanından qərbə doğru uzanan hissələr, o cümlədən Zeytinburnu sahili risk altındadır.

Təhlükəsiz hesab edilən İstanbul rayonları:

  • Ataşehir

  • Kadıköy

  • Beşiktaş

  • Şişli

Zəif və riskli hesab edilən rayonlar:

  • Zeytinburnu

  • Küçükçekmece

  • Büyükçekmece

  • Avcılar

  • Ataköy

Morivaki sonda bildirib ki, zəlzələ çox böyük ehtimalla baş verəcək. "Əgər qarşısını almaq mümkün deyilsə, ən azı baş verəndə nə etməli olduğumuzu bilməliyik. Bu ölkədə yaşayırıqsa, buna hazır olmalıyıq", – deyə o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: