Son iki il ərzində Türkiyədə 118 min 552 miqrant dənizlərdə boğularaq ölməkdən xilas edilib.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə daxili işlər nazirinin müavini Mehmet Aktaş Almatı Prosesinin III Nazirlər Konfransında deyib.
Onun sözlərinə görə, 2023-cü ildən bəri 456 min 851 qeyri-qanuni miqrant saxlanılıb:
Bununla yanaşı, 261 min 701 qeyri-qanuni miqrant ölkədən deportasiya edilib".
Nazir müavini bildirib ki, Türkiyədə tətbiq edilən "Mobil İmmiqrasiya Məntəqələri" miqrasiya sahəsində dünyada ilkdir:
"Bununla şəxsiyyət vəsiqəsini təqdim edə bilməyən əcnəbilər lazımi yoxlamalar üçün Mobil İmmiqrasiya Məntəqələri adlanan avtomobillərə dəvət edilir və burada İmmiqrasiya İdarəsinin əməkdaşları tərəfindən "Göç-Net" məlumat bazası vasitəsilə biometrik məlumatlarla yoxlanılır".