Türkiyədə GSM xətti vasitəsilə dələduzluq edən şəxslər saxlanılıb

A- A A+

Türkiyədə 450 min mobil telefon xətti (GSM) vasitəsilə dələduzluq edərək vətəndaşlara 1,2 milyard lirə dəyərində zərər vuran 139 şübhəli şəxs saxlanılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Qeyd edilib ki, bununla bağlı mərkəzi Antalya olmaqla Türkiyənin 13 vilayətində “informasiya sistemlərindən istifadə etməklə dələduzluq” və “əmlakın cinayət yolu ilə əldə edilməsi” maddələri üzrə əməliyyat keçirilib.

Faktla bağlı ölkə üzrə 45 min 663 dələduzluq hadisəsinin törədildiyi müəyyən edilib.

Əməliyyatlar nəticəsində çox sayda mobil telefon, GSM xətti, planşet, kompüter, proqram təminatı və şəbəkə avadanlıqları ələ keçirilib. Şübhəlilərə aid iki şirkət və həmin şirkətlərin bütün əmlakı müsadirə edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: