Kəşmirdə terror törətməkdə şübhəli bilinən şəxslərin evlərində partlayışlar olub

A- A A+

Cammu və Kəşmirdəki terror aktı ilə əlaqəsi olduğu ehtimal olunan şəxslərin yaşadıqları iki evdə partlayışlar baş verib.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Rəsmilərin agentliyə verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri "Ləşkər-e-Taiba" qruplaşmasının iki üzvünün evlərində axtarış apardığı zaman bu binalarda yerləşdirilmiş partlayıcı qurğu partlayıb.

Partlayış nəticəsində binalar dağılıb. Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: