Türkiyənin Kütahya vilayətində zəlzələ olub

A- A A+

Bu gün səhər saatlarından etibarən Türkiyənin Kütahya vilayətində ən böyüyü 4,6 olmaqla, 4,5 və 3,9 maqnitudalı üç zəlzələ baş verib.

NUHÇIXAN xəbər verir ki, yeraltı təkanların episentri Kütahyanın Simav rayonudur.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən açıqlamada hazırda şəhərdə hansısa fəsadın qeydə alınmadığı bildirilib.

Aprelin 23-də Mərmərə dənizinin İstanbul sahillərinə yaxın bölgəsində baş verən 6,2 bal gücündə zəlzələdən sonra afterşoklar davam edir. Bu gün İstanbulun Böyükçekmece rayonunda 3,6 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum son vəziyyətlə bağlı verdiyi açıqlamada 6,2 bal gücündəki zəlzələdən sonra İstanbulda 83 binanın zədələndiyini deyib. İki binanın boşaldıldığı bildirilir.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: