Moskva vilayətinin Balaxişa şəhərində baş verən partlayış nəticəsində general-leytenant Yaroslav Moskalik ölüb.
NUHÇIXAN-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
"Moskva ətrafındakı Balaxişa şəhərində maşın partlayışı zamanı həlak olan şəxs Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalik olub", - məlumatda bildirilib.
İstintaq Komitəsi "Volkswagen" markalı avtomobildə partlayışın partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini təsdiqləyib.
Məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb.