Süni intellekt texnologiyaları görünməmiş imkanlar təqdim etməklə yanaşı, eyni zamanda görünməmiş risklər və problemlər də daşıyır.
NUHÇIXAN Çinin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bunu ölkənin Xalq Respublikasının Sədri Si Cinpin deyib.
Cümə günü Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu Si Cinpinin sədrliyi ilə süni intellektin inkişafı və nəzarətinin gücləndirilməsi üzrə kollektiv seminar keçirib.
"Süni intellekt özü ilə görünməmiş inkişaf imkanları, eyni zamanda görünməmiş risklər və çağırışlar gətirir", - Çin lideri qeyd edib.
Çin rəhbəri əlavə edib ki, süni intellekt texnologiyaları istehsalı və insanların həyat tərzini kökündən dəyişəcək.
Si Cinpin ölkədə süni intellekt texnologiyaları ilə bağlı müvafiq qanun və qaydaların, eləcə də etik prinsiplərin hazırlanması və təkmilləşdirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. Çin rəhbəri texnologiyaların monitorinqi, risklər barədə xəbərdarlıq və fövqəladə hallara reaksiya sisteminin yaradılmasının, həmçinin süni intellektin təhlükəsizliyinin, etibarlılığının və idarəolunmasının təmin edilməsinin vacibliyini qeyd edib.