Pakistan Ordusu altı terrorçunu zərərsizləşdirib

A- A A+

Pakistan Ordusunun Hayber-Paxtunxva əyalətinin Bannu rayonunda keçirdiyi antiterror əməliyyatı zamanı azı 6 yaraqlı öldürülüb, 4-ü isə yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Geo” telekanalı İslam Respublikası Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinə (ISPR) istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci il aprelin 23-dən 24-nə keçən gecə Pakistan hərbçiləri Bannu rayonunu ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Xəvaric” qruplaşmasının (əvvəllər “Təhrik-i-Taliban Pakistan” və ya “Pakistan Taliban Hərəkatı” kimi tanınır) yaraqlıları olub.

Qarşıdurma zamanı 6 terrorçu öldürülüb, daha 4-ü yaralanıb. Ərazinin təmizlənməsi əməliyyatı davam edir.

Məlumata görə, hərbçilər arasında itki yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: