Vatikanda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan söhbət məhsuldar olub.
NUHÇIXAN-ın ABŞ KİV-inə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunq deyib.
Qeyd edək ki, bu günü Tramp Zelenski ilə görüşüb. KİV-lər Vatikandakı Müqəddəs Pyotr kilsəsində iki nəfərin qarşı-qarşıya oturduğunu əks etdirən fotoşəkillər dərc edib.
Bəzi fotoşəkillərdə Fransa Prezidenti Emmanuel Makron və İngiltərənin Baş naziri Kir Starmerin də görüş yerində olduğu görünür.
Qeyd edək ki, D.Tramp aprelin 26-da Vatikanda Papa Fransiskin dəfn mərasimində iştirak edib. ABŞ Prezidenti artıq Romadan uçub.