Şəhid Rəcai limanında partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb

A- A A+

İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.

NUHÇIXAN “Fars”a istinadən xəbər verir ki, bu barədə aprelin 27-də ostan məhkəmə sisteminin rəhbəri Müctəba Kahremani məlumat yayıb.

“Faciəli hadisə 25 nəfərin həyatına son qoyub”, – o söyləyib.

İranın daxili işlər naziri İskəndər Momeni öz növbəsində qeyd edib ki, limanda yanğın 80 % lokallaşdırılıb. Onun sözlərinə görə, bu istiqamətdə işlər yaxın saatlarda başa çatdırılmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: