Türkiyə XİN İrana başsağlığı verib

A- A A+

Türkiyə Xarici İşlər Nazirliyi İrana Bəndər Abbas şəhərindəki Şəhid Raci limanında baş vermiş partlayış nəticəsində çoxlu sayda ölən və yaralananlarla bağlı başsağlığı verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə XİN-in məlumatında deyilir.

“Biz dərin kədər hissi ilə öyrəndik ki, bu gün (26 aprel) İranın Hörmüzqan ostanının Bəndər Abbas şəhərindəki Şəhid Raci limanında baş verən partlayış nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb. Həlak olanların ailələrinə və İran xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə məlumatda bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: