Pakistanın müdafiə naziri Hindistana xəbərdarlıq edib

A- A A+

“Pakistanın Hindistana qarşı eskalasiya olmadan hərbi münaqişəyə başlamaq planı yoxdur”.

NUHÇIXAN-ın məlumatına görə, bunu Pakistanın müdafiə naziri Xavaca Asif “RİA Novosti”yə müsahibəsində deyib.

“Bizim heç bir hərəkətə başlamaq fikrimiz yoxdur. Amma hər hansı bir hərəkət və reaksiya olacaqsa, reaksiyamız hərəkətə uyğun olacaq. Ona görə də düşünürəm ki, bu, mövcud duruma aydınlıq gətirir: biz vəziyyəti gərginləşdirmək və ya nəyəsə başlamaq istəmirik”, - deyə o bildirib.

Asif əlavə edib ki, Hindistan Pakistanı işğal etməyə və ya ölkəyə hücum etməyə cəhd edərsə, daha proporsional cavabla üzləşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: