Kanadanın Vankuver şəhərində festival zamanı avtomobilin kütlənin üzərinə sürülməsi nəticəsində ölənlərin sayı artıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Vankuver polisi "X" səhifəsində məlumat yayıb.
Vankuver polisi Filippin Lapu-Lapu festivalında yolsuzluq avtomobilinin izdihamın üzərinə sürməsi nəticəsində 9 nəfərin öldüyünü təsdiqləyib.