Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib.
NUHÇIXAN Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Rusiya ordusu mayın 7-dən 8-nə keçən gecə, saat 00:00-dan mayın 10-dan 11-nə keçən gecə saat 00:00-dək döyüş əməliyyatlarını dayandıracaq.
"Rusiya tərəfi ilkin şərtlər olmadan sülh danışıqlarına hazır olduğunu bəyan edir. Rusiya hesab edir ki, Ukrayna tərəfi bu nümunəni izləməlidir", - Rusiya Prezidentinin bəyanatında bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, əgər atəşkəs pozularsa, "Rusiya ordusu adekvat və effektiv cavab verəcək".