ABŞ və Ukrayna bu həftə mineral ehtiyatlarla bağlı çərçivə sazişi imzalaya bilərlər

A- A A+

Vaşinqton və Kiyev bu həftə Ukraynanın bütün mineral ehtiyatlarını, böyük enerji aktivlərini əhatə edən çərçivə sazişi imzalaya bilərlər.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

"ABŞ və Ukrayna bu həftə mineral resurslar haqqında çərçivə sazişinin imzalanmasına yaxındırlar. Bu, Kiyevin prezident Donald Tramp administrasiyasından əvvəlki hərbi yardımın nəzərə alınmayacağı barədə əhəmiyyətli güzəşt əldə etdikdən sonra mümkündür", - nəşrin məlumatında deyilir.

Çərçivə sazişi, Ukrayna ərazisində neft və qaz da daxil olmaqla bütün mineral resursları, həmçinin böyük enerji aktivlərini əhatə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: