ABŞ-də sürücü pikapla məktəblilərin olduğu binaya çırpıldı: Uşaqlar həlak oldu

A- A A+

ABŞ-nin Çatem şəhərində (İllinoys ştatı) faciə baş verib. Naməlum sürücünün idarə etdiyi pikap avtomobili məktəb düşərgəsinin binasına çırpılıb. Nəticədə 4-18 yaş arası dörd uşaq həlak olub.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib.

Baş verənlərin səbəbləri hələlik məlum deyil.

İllinoys ştatı polisinin məlumatına görə, həlak olanlardan üçü binanın xaricində, biri isə içində olub. Bir neçə nəfər, o cümlədən bir uşaq yaralanıb, onu xəstəxanaya helikopterlə çatdırıblar.

Bildirilir ki, avtomobil binanın şərq hissəsinə girib, bir neçə nəfəri vurub və qərb tərəfindən çıxıb. Pikapda yalnız sürücü olub, onu xəstəxanaya yerləşdiriblər.

İllinoys polisi araşdırma aparır. Hələlik qəzanın qəsdən törədilib-törədilmədiyi məlum deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: