ABŞ, administrasiyası Rusiya və Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həllində irəliləyiş olmadığı təqdirdə, vasitəçi rolundan imtina etmək niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs brifinqdə dövlət katibi Marko Rubiodan sitat gətirərək bildirib.
“Dövlət katibi mənə [Rusiya və Ukrayna arasındakı] vəziyyət barədə bu yaxınlarda dedi: indi biz elə bir mərhələdəyik ki, hər iki tərəf bu münaqişəyə son qoymağın konkret təkliflərini təqdim etməlidir. Bundan sonra necə hərəkət edəcəyimizin qərarını prezident verəcək. Əgər irəliləyiş olmasa, biz bu prosesdə vasitəçi rolundan imtina edəcəyik”, – diplomat qeyd edib.