Almaniyanın Karlsrue şəhərindəki mülki işlər üzrə ali məhkəmə instansiyası “Volkswagen” konserninin məhsullarının istehlakçıları ilə konsern arasında yaranmış “dizelgeyt” çərçivəsində istehlakçılara təzminat ödənilməsinə dair mübahisədə onların haqlı olduğunu bildirib.
NUHÇIXAN xəbər verir ki, Almaniya Federal Məhkəmə Palatası “Volkswagen” konserninin dizel yanacağı ilə işləyən avtomobillərində proqram təminatının səhv olması nəticəsində işlənmiş qazların tərkibində zərərli maddələr olması barədə məlumatların təhrif olunmasını etiraf edib.
Məhkəmə öz verdiktini bununla əsaslandırıb ki, hakimiyyət orqanları proqram təminatında manipulyasiyalara yol verilmiş avtomobillərin istifadə olunmasını qadağan edə bilərlər. Buna görə də belə avtomobilləri almış şəxslər həmin məhsulların dəyişdirilməsini tələb etmək hüququna malikdirlər.