Cənubi Koreyanın keçmiş baş naziri prezident seçkilərində namizədliyini irəli sürüb

A- A A+

Cənubi Koreyanın keçmiş baş naziri və prezident səlahiyyətlərini icra edən Han Dok Su prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

O vəd edib ki, prezidentlik müddətini azaltmaq üçün konstitusiyaya düzəlişlər edəcək və ticarət sahəsindəki böhranın aradan qaldırılması üçün iqtisadi təcrübəsindən istifadə edəcək.

Han Dok Su mayın 1-də vəzifəsindən istefa verdiyini bəyan edib. Ölkədə növbədənkənar prezident seçkiləri iyunun 3-nə təyin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: