İsrail Qəzza yaxınlığında humanitar yardım gəmisinə PUA ilə hücum edib

A- A A+

"Azadlıq Flotiliyası" gəmisi İsrail pilotsuz uçuş aparatı (PUA) tərəfindən Qəzza sahili yaxınlığında hücuma məruz qalıb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, PUA zərbəsi nəticəsində gəmidə yanğın baş verib. Ekipaj qəza siqnalı göndərib və Kipr Hərbi Dəniz Qüvvələri buna reaksiya verib.

Bildirilib ki, hazırda gəmi Malta sahillərində beynəlxalq sularda lövbər salıb.

2024-cü ildə bir neçə ölkənin sülh tərəfdarları tərəfindən formalaşdırılan "Azadlıq Flotiliyası" fələstinlilərə humanitar yardım çatdırmaq üçün yenidən təchiz edilmiş traulerdən istifadə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: