ABŞ Dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində İranla nüvə razılaşmasının şərtlərindən birini açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, dövlət katibinin sözlərinə görə, Tehran amerikalılar da daxil olmaqla, müfəttişlərin hamısını bütün nüvə obyektlərinə buraxmalıdır.
“Əgər onlar dinc nüvə enerjisi istəyirsə, amerikalılar da daxil olmaqla, müfəttişlərin hamısının bütün nüvə obyektlərinə girişinə icazə verməlidir”, - deyə Marko Rubio bildirib.
Onun fikrincə, digər ölkələrin nümayəndələri də İrana ekspert kimi gələ bilər, lakin Tehran amerikalı müfəttişlərin ölkəyə girişinə qadağa qoya bilməz.
Xatırladaq ki, aprelin 26- da Omanda İran və ABŞ nümayəndələri arasında danışıqların üçüncü mərhələsi baş tutub. Danışıqlarda Birləşmiş Ştatları Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff, İran tərəfini isə xarici işlər naziri Abbas Əraqçi təmsil edib. Onlar bundan əvvəl aprelin 12-də Omanda, sonra isə aprelin 19-da Romada görüşüblər.