AMB: Taxıl istehsalçılarına verilən kreditlərin faizləri subsidiyalaşdırıla bilər

A- A A+

Azərbaycanda taxıl istehsalçılarına verilən kreditlərin faizlərinin subsidiyalaşdırılması müzakirə edilir.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

Onun sözlərinə görə, bu, reallaşsa, taxıl istehsalının kreditləşməni dəstəkləyəcək.

"AMB bu məsələni maraqla qarşılayıb, bank sektorunun mütəxəsisləri ilə geniş müzakirə edib. Düşünürük ki, subsidiyaların kredit faizlərinə yönəldilməsi, bankların kənd təsərrüfatı kreditləşməsində daha aktiv iştirakına dəstək verəcək. AMB hər zaman bu layihəyə dəstək olmağa hazırdır", - deyə sədr müavini əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: