Türkiyədə CHP sədri hücuma məruz qalıb

A- A A+

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel hücuma məruz qalıb.

NUHÇIXAN “Haber Global”a istinadla xəbər verir ki, hadisə dünən vəfat etmiş Türkiyə parlamentinin sədr müavini Sırrı Süreyya Önder üçün keçirilən dəfn mərasimindən sonra baş verib.

Mərasimin keçirildiyi Atatürk Mədəniyyət Mərkəzindən çıxarkən naməlum şəxs Ö.Özelə yumruqla zərbə endirib.

Hazırda CHP sədrinin vəziyyətinin yaxşı olduğu bildirilir.

İstanbul Baş Prokurorluğunda hücumla bağlı istintaq başlanılıb. Bu arada Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özəllə telefon əlaqəsi saxlayıb və səhhəti maraqlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: