İran 1 200 km uçuş məsafəsinə malik ballistik raketi uğurla sınaqdan keçirib

A- A A+

İran 1 200 km uçuş məsafəsinə malik yeni “Ghassem Basir” ballistik raketini uğurla sınaqdan keçirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə islam respublikasının müdafiə naziri Əziz Nasirzadə IRIB telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, raket "1 200 km-dən çox məsafədən buraxılıb", o, hədəfləri dəqiq aşkar edib zərərsizləşdirmək qabiliyyətinə malikdir və həmçinin müdaxilələrə qarşı dayanıqlıdır.

Nasirzadə vurğulayıb ki, İran əhəmiyyətli raket ehtiyatına malikdir və ona qarşı təcavüz başladıldığı təqdirdə onları "tərəddüd etmədən və düşünmədən" tətbiq etməyə hazırdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: