Myanmada silsilə zəlzələlər baş verib

A- A A+

Myanmada silsilə zəlzələlər baş verib, onlardan ən güclüsü, yəni 4,8 maqnitudalı zəlzələ Tailandla sərhədə yaxın ərazidə qeydə alınıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Tailandın Meteorologiya Departamentinin Zəlzələləri müşahidə şöbəsinin məlumatında deyilir.

"4,8 maqnitudalı ən güclü zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb. Episentr Myanmada, Tailandla sərhədə yaxın ərazidə yerləşib. Bu gün səhər eyni ərazidə maqnitudası 1,9-dan 3-ə qədər olan bir neçə təkan qeydə alınıb. Təkanların episentri əsasən Myanma ərazisində yerləşib", - məlumatda bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: