Çinin cənub-qərbində yerləşən Quiçjou əyalətində gəzinti gəmilərinin çevrilməsi nəticəsində 10 nəfər həlak olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Xinhua” agentliyi hadisənin nəticələrinin aradan qaldırılması üzrə əməliyyat qərargahına istinadən məlumat yayıb.
Bazar ertəsinə olan vəziyyətə görə, güclü külək nəticəsində qayıqların çevrilməsi səbəbindən suya düşən 84 nəfərin hamısı tapılıb. Onlardan 70 nəfər hələ də xəstəxanalarda müalicə olunur, dörd nəfər xəsarət almayıb.