Keniya Prezidenti Uilyam Rutoya çıxışı zamanı ayaqqabı atılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə bu gün “Reuters” sosial şəbəkələrdə yerləşdirilən videolara istinadən məlumat yayıb.
Məlumata görə, o, yaşamaq üçün zəruri olan minimum vəsait barədə çıxış edib.
Bundan sonra U.Ruto vergilərin artırılmasından imtina etməyə və müxalifət nümayəndələrini Nazirlər Kabinetinə dəvət etməyə məcbur olub.
Keniyanın daxili işlər naziri Kipçumba Murkomen hadisə ilə əlaqədar üç nəfərin həbs edildiyini bildirib.
Qeyd edilib ki, hadisə mayın 4-də Keniyanın qərbində Miqori dairəsində keçirilən mitinqdə baş verib. Prezident U.Ruto xəsarət almayıb.