Dağıstan DİN əməkdaşları Mahaçqalada DYP naryadına hücum edən iki nəfəri öldürülüblər.
NUHÇIXAN-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu barədə DİN-dən bildirilib.
Bundan əlavə, yerli Səhiyyə Nazirliyinin mətbuat xidməti atışma zamanı 17 yaşlı bir qızın xəsarət aldığını bildirib.
Mahaçqaladakı Respublika Xəstəxanasından TASS-a bildirilib ki, atışmadan sonra üç nəfər xəstəxanaya yerləşdirilib.