Alen Simonyan: Azərbaycanla demarkasiya üzrə fikir ayrılıqları yoxdur, proses davam edir

A- A A+

Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiya və delimitasiya prosesləri davam edir, hazırda tərəflər arasında fikir ayrılıqları yoxdur.

NUHÇIXAN yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

"Proses davam edir, indi onun hansı sahələrdə davam edəcəyi müzakirə olunur. Lakin birmənalı olaraq o, Gürcüstanla sərhəddən İrana qədər tamamlanacaq. Bu, Alma-Ata Bəyannaməsi əsasında baş verəcək", - A.Simonyan bildirib.

O, Ermənistanın Tavuş vilayətinin Kirants (Güney) kəndi yaxınlığındakı sərhəd sahəsi razılaşmasını "böyük qələbə" adlandırıb. 

"Bu sahənin delimitasiyası sayəsində biz Ermənistanın müstəqilliyinin əsaslarından birini əldə etdik. Bura iki tərəfin də tanıdığı sərhəddir. Orada sərhədçilər dayanır və delimitasiya aparılmayan sahələrə nisbətən daha təhlükəsizdir", - A.Simonyan qeyd edib.

Sülh sazişinin razılaşdırılmış mətninin imzalanması ilə bağlı sualı cavablandıran A.Simonyan bildirib ki, müzakirələr aktiv şəkildə davam edir. O, tərəflərin müstəqil şəkildə 17 bəndi razılaşdırmağa nail olduqlarını xatırladıb və prosesin tamamlanacağına ümid etdiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: