Erməni gənclər orduda xidmətdən yayınırlar

A- A A+

Ermənistanda hər il 10 mindən çox gənc orduda xidmətdən yayınır və hüquq-mühafizə orqanları onların hamısı barəsində axtarış elan ediblər.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, bu bəyanatı jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Koçaryan səsləndirib.

Erməni deputatın sözlərinə görə, valideynlər uşaqlarını hərbi xidmətdən yayındırır və bununla da ölkənin müdafiə qabiliyyətinə zərbə vururlar. O əlavə edib ki, 27 yaşına qədər bu gənclər orduda xidmətdən yayınır, sonra meydana çıxaraq pul ödəyirlər və cinayət məsuliyyətindən azad edilirlər. Deputat bildirib ki, qanunlar elə olmalıdır ki, hər bir vətəndaş orduda xidmət etsin. “Bir çoxları övladlarını orduda xidmətdən yayındırmaq məqsədilə hamilə qadınlarını uşaq doğmaq üçün ABŞ-a aparır və avtomatik olaraq həmin ölkənin vətəndaşı edirlər. Bundan başqa, orduda xidmətdən yayınan 27 yaşdan yuxarı oğlanlar üçün mini amnistiya sayılan pul müqabilində cinayət məsuliyyətindən azad olunma təcrübəsini də addımbaşı tətbiq etmək düzgün deyil”, - deyə Koçaryan vurğulayıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, 2003-cü ildən etibarən orduda xidmətdən yayınan 9985 çağırışçı hərəyə 29,6 min dollar ödəyərək cinayət məsuliyyətindən azad edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: