Fransa amerikalı alimləri qəbul etmək üçün 100 milyon avro ayıracaq

A- A A+

Fransa ABŞ-da elmi tədqiqat işlərinin maliyyəsinin kəsilməsi fonunda amerikalı alimlərin qəbulu üçün 100 milyon avro ayırmaq niyyətindədir.

NUHÇIXAN xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bunu Sorbonna Universitetində dünya alimlərini Avropa İttifaqına cəlb etmək məqsədi daşıyan “Avropanı seçin” proqramında Parisin iştirakını şərh edərkən deyib.

Onun sözlərinə görə, Avropa dünya alimləri üçün sığınacağa çevrilməlidir. “Proqramın məqsədi namizədlərin keyfiyyəti nəzərə alınaraq doktorantlardan və kiçik professorlardan tutmuş Nobel mükafatçılarınadək lazımi sayda tədqiqatçını Avropaya cəlb etməkdir”, - deyə Makron bildirib.

Qeyd edək ki, Brüssel və London ABŞ administrasiyasının dövlət xərclərini azaltmaq siyasəti fonunda xeyli sayda amerikalı alimin Avropanın elmi-tədqiqat və təhsil müəssisələrində işləyəcəyini gözləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: