Qəzzada məktəbin bombalanması nəticəsində azı 20 nəfər ölüb

A- A A+

Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc düşərgəsində məcburi köçkünlərin yaşadığı məktəbin bombalanması nəticəsində azı 20 nəfər həlak olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Fələstinin “Əl-Əqsa” telekanalı məlumat yayıb.

“İsrailin köçkünlərin məskunlaşdığı məktəbə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, aralarında uşaqlar da var, onlarla insan yaralanıb”,- deyə məlumatda qeyd edilib.

Telekanal həmçinin BMT, insan haqları və humanitar təşkilatları münaqişəyə son qoymaq və Qəzza zolağında sağ qalanları xilas etmək üçün təsirli addımlar atmağa çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: