İsrail qırıcıları Sənanın əsas hava limanını bombalayıb - VİDEO
İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi bir saat ərzində Yəmənin Səna şəhərinin hava limanı ərazisində husi üsyançılarının hədəflərinə əlli bomba atıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, mayın 6-da səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla təyyarə 50 sursatdan istifadə edərək husi terror rejiminə aid çoxsaylı hədəfləri vurub. Terrorçuların bu hədəfləri Sənanın əsas hava limanı və onun ətrafında yerləşib.
Mətbuat xidməti əlavə edib ki, qırıcı təyyarələr 15 dəqiqə ərzində Sənanın əsas hava limanını bombalayıb, həmçinin husilərin terror məqsədləri üçün istifadə etdiyi əsas elektrik stansiyaları və beton zavodunu sıradan çıxarıb.