ABŞ Qrenlandiya ilə bağlı kəşfiyyat məlumatlarının toplanması işini gücləndirib. Bu, Vaşinqtonun adanı almaq planları ilə bağlı ola bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə mənbələrə istinadən Wall Street Journal (WSJ) məlumat yayıb.
Qeyd olunub ki, ötən həftə Milli Kəşfiyyatın yüksək rütbəli məmurları Amerika kəşfiyyat orqanlarına gizli məlumat göndəriblər.
Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və digər qurumlara ünvanlanan sənəddə onlara Qrenlandiyada müstəqillik və ABŞ-nin mümkün resursların çıxarılması ilə bağlı əhval-ruhiyyəni öyrənmək tapşırılıb. Vaşinqtonun tərəfdarlarının tapılmasına xüsusi diqqət yetirilir.
Qəzet bildirib ki, bu direktiv Amerika administrasiyasının ABŞ prezidenti Donald Trampın ada üzərində nəzarəti qurmaq planlarını həyata keçirməyə yönəlmiş ilk addımlarından biri olub.
Nəşr əmindir ki, bu cür hərəkətlər Amerika liderinin niyyətlərinin ciddiliyindən xəbər verir.