İran XİN: Trampın Fars körfəzini Ərəb körfəzi adlandırmaq planları siyasi motivli bir addımdır

A- A A+

ABŞ Prezidenti Donald Trampın Fars körfəzini Ərəb körfəzi adlandırmaq planları Tehrana qarşı siyasi motivli və düşməncəsinə bir addımdır.

NUHÇIXAN xəbr verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkədə bildirib.

"İstənilən düşünülməmiş addım qanuni olmayacaq və coğrafiyaya təsir göstərməyəcək, yalnız İranda, ABŞ-də və bütün dünyada iranlıların, əhalinin bütün təbəqələrinin və müxtəlif siyasi əqidə sahiblərinin ciddi narazılığına səbəb olacaq", - o qeyd edib.

Daha əvvəl AP agentliyi adı açıqlanmayan amerikalı rəsmilərə istinadən bildirmişdi ki, D.Tramp gələn həftə Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ-nin Fars körfəzini Ərəb körfəzi adlandıracağını elan etmək niyyətindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: