Kreml və ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpası imkanını müzakirə edirlər.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ-nin bu prosesdə iştirakı Vaşinqtona fayda gətirəcək, çünki bununla o, Avropaya tədarük olunan Rusiya qazının həcmini görmək və nəzarət etmək imkanı əldə edə bilər.
Avropa 2022-ci ildə Rusiya və Ukrayna arasında döyüş əməliyyatları başladıqdan sonra Rusiya qazının idxalını azaldıb. Agentliyin məlumatına görə, bunun nəticəsində "Qazprom" şirkətinin zərəri 7 milyard dollar təşkil edəcək.