"Ermənistan Hava Yolları" aviaşirkəti yarım il müddətinə uçuşlar həyata keçirmək imkanından məhrum edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri Mülki Aviasiya Komitəsinə istinadən məlumat yayıb.
Hava daşıyıcısına kommersiya uçuşlarını həyata keçirməyə imkan verən sertifikat (Air operator certificate) qüvvədən salınıb. Bu, aviaşirkətin yararlı təyyarələrinin və ya onların icarəsi haqqında müqavilələrinin olmaması ilə əlaqədardır.
Sertifikatın qüvvədən salınması haqqında qərar mayın 6-da qəbul edilib. Əgər 6 ay ərzində şirkət Komitəyə yararlı təyyarələr və ya təyyarələrin lizinqi haqqında müqavilələr təqdim etməsə, sertifikat tamamilə ləğv ediləcək.