Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər

A- A A+

Hindistan və Pakistan rəsmi Vaşinqtonun vasitəçiliyilə tam atəşkəs barədə razılığa gəliblər.

NUHÇIXAN xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə sosial şəbəkələrdə yazıb.

"ABŞ-nin vasitəçiliyilə uzun çəkən gecə danışıqlarından sonra Hindistan və Pakistanın tam və dərhal atəşkəs barədə razılığa gəldiyini elan etməkdən məmnunam", - o qeyd edib.

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshak Dar isə öz növbəsində Hindistanla atəşkəs barədə məlumatı təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: