Ermənistan Baş Prokurorluğu ikinci prezident Robert Koçaryanın qanunsuz əmlakının və onunla əlaqəli şəxslərin 22 daşınmaz əmlakının, 15 müxtəlif şirkətdəki payların müsadirə edilməsini tələb edir.
NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə baş prokuror Anna Vardapetyan parlamentində bildirib.
"İş üzrə cavabdehlər Robert və Bella Koçaryanlar, Sedrak Koçaryan və Zarui Badalyan, Levon və Siranuş Koçaryanlar, Qayane Koçaryan və Vigen Çatinyandır. Prokurorluq Ermənistanın maraqları naminə 985 milyon dram (2,5 milyon dollar) məbləğində istiqraz, 1,4 milyon dollardan çox məbləğdə bank əmanətləri, 4 milyon dollardan çox məbləğdə kreditlər üzrə tələb hüquqları, 8,3 milyard dram, 260 milyon rubl və təxminən 590 min avro, iki nəqliyyat vasitəsi və s.-nin müsadirə edilməsini tələb edir", - o bildirib.