Ermənistan silahlı qüvvələrinin hərbçisi Sünik vilayətinin Meqri şəhəri yaxınlığında yerləşən hərbi hissələrdən birində elektrik cərəyanı vurması nəticəsində ölüb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Ermənistan KİV-ləri xəbər verib.
Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, mayın 13-də saat 10:30 radələrində N saylı hərbi hissənin hərbi qulluqçusu Karen Avetisyan naməlum şəraitdə elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hadisənin tam aydınlaşdırılması üçün araşdırma aparılır.