“Türkiye” qəzeti: Fransa Şərqi Aralıq dənizində Türkiyənin mövcudluğunu təhdid edir

A- A A+

Fransa Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatlarına qarşı istifadə edilməsi planlaşdırılan qısamənzilli “Mistral 3” hava hücumundan müdafiə sistemlərinin yunan Kiprinə təhvil veriləcəyini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Türkiye” qəzeti yazır.

“Türkiye” nəşri Ankaradakı diplomatik mənbələrə istinadla qeyd edir ki, ümumilikdə 40 müasir “Mistral 3” zenit-raket kompleksinin Kiprin cənubuna çatdırılması planlaşdırılır ki, bu da Türkiyəni Parisin qalmaqallı addımlarını tarazlaşdırmaq üçün cavab tədbirləri görməyə məcbur edir.

Qəzet xatırladır ki, Fransa və yunan Kipri arasında bir hissəsi “Mistral 3”ün çatdırılmasını da ehtiva edən müqavilə Afinada keçirilən “DEFEA – 2025” müdafiə sərgisində imzalanıb.

“Bayraktar TB2” PUA-ları Liviya, Suriya və Azərbaycanın Qarabağ bölgəsi də daxil olmaqla yüksək effektivliyi və manevr qabiliyyətini sübut edib. Mütəxəssislər Fransanın “Mistral 3”lərinin Türkiyə pilotsuz təyyarələrinə qarşı effektivliyinə şübhə ilə yanaşırlar”, -deyə nəşr yazır.

Eyni zamanda, Ankaradakı diplomatik mənbələr “Türkiye” qəzetinə bildiriblər ki, Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) xalqının təhlükəsizliyinə yönəlmiş heç bir təhdidə imkan verməyəcək.

“Biz bütün tərəfləri, xüsusən də Fransanı regional sabitliyə zərər verə biləcək addımlardan dərhal çəkinməyə çağırırıq”, -deyən Türkiyə paytaxtındakı mənbə Parisin hərəkətlərini Ankaranın milli təhlükəsizlik siyasətinə çağırış kimi qəbul edilən “təxribat” adlandırıb.

“Parisin Şərqi Aralıq dənizində gərginliyin səviyyəsini yüksəldən hərəkətlərinə cavab olaraq, Ankara beynəlxalq platformalar da daxil olmaqla əks tədbirlər görəcək. Fransanın hərəkətləri Türkiyə və ŞKTC üçün birbaşa təhdiddir. Paris bir tərəfdən Ankaranın NATO “müttəfiqidir”, digər tərəfdən isə Türkiyənin Şərqi Aralıq dənizindəki mövcudluğunu təhdid edir”, -deyə diplomatik mənbə vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: