Türkiyənin Muğla vilayəti sahillərində 6 maqnitudada zəlzələ olub

A- A A+

Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində yerli vaxtla saat 01:51-də 6 maqnitudada zəlzələ qeydə alınıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Zəlzələ Datça rayonu sahilindən 155 kilometr məsafədə baş verib. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: