Mirzoyan: İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa hazırdır

A- A A+

Ermənistan Azərbaycanla sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır.

NUHÇIXAN xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin razılaşdırıldığını və tamamlandığını elan ediblər. Diqqətəlayiq haldır ki, bu gün nazirlərin qəbul etdiyi qərarlardan biri bir daha bu mühüm faktı təsdiqləyir və sazişin tezliklə imzalanması, ratifikasiyasına çağırır.

Mən Ermənistanın bu yolla təxirəsalınmadan irəliləməyə hazır olduğunu təsdiqləyirəm", - deyə Mirzoyan Lüksemburqda Avropa Şurası Xarici İşlər Nazirləri Komitəsinin 134-cü sessiyasında bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: