Kanadanın Manitoba vilayətinin mərkəzində tüğyan edən meşə yanğınları nəticəsində ən azı iki nəfər ölüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə CTV məlumat yayıb.
Yerli polisin məlumatına görə, həlak olan kişi və qadının şəxsiyyəti müəyyənləşdirilir.
Daha əvvəl bildirilib ki, Manitobanın şərqində, Lak-dyu-Bonn bölgəsində başlayan meşə yanğınları səbəbindən ən azı 1000 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Yanğının sahəsi 100 min hektar qiymətləndirilir.