Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Ukrayna ilə bağlı danışıqların münaqişənin nizamlanmasında yeni səhifə açacağına ümidvar olduğunu bildirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
"Türkiyə həmişə sülhə diplomatik yolla nail olmağın tərəfdarı olub. Ümid edirəm ki, İstanbulda aparılacaq danışıqlar bizə yeni səhifə açmağa imkan verəcək", - o qeyd edib.