Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 18-ci sanksiya paketinin hazırlanmasına başlamaq niyyətindədir.
NUHÇIXAN-ın məlumatına görə, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen Türkiyədə NATO ölkələrinin XİN başçılarının görüşündən əvvəl bildirib.
"Hesab edirəm ki, 17-ci sanksiya paketinin qəbul edilməsi ilə bağlı doğru qərar vermişik və indi yeni paketin hazırlanmasına başlayacağıq", - o qeyd edib.
Xatırladaq ki, dünən Avropa İttifaqı ölkələrinin səfirləri 17-ci sanksiya paketini razılaşdırıblar və Aİ ölkələrinin XİN başçıları onu mayın 20-də təsdiqləyəcəklər.